Call of Duty: Mobile – Qaydalar və Qanunlar

  • ÜMUMİ QAYDALAR: ROGARENA.PRO
  • 1: Turnirlərimizdə iştirak etməklə, bütün iştirakçılar avtomatik olaraq digər iştirakçılara və ROG ESPORTS heyətinə hörmət edəcəklərinə razılaşırlar.
  • 2: Turnir rəsmiləri ilə etdiyiniz şəxsi müzakirə və ya şikayətlər gizli qalmalıdır. Şikayət etmək istəyirsinizsə, bunu matç bitdikdən sonra 48 saat ərzində etməlisiniz. Şikayətiniz detallı hesabat və sübutlarla təqdim edilməlidir.
  • 3: Qaydaları istənilən vaxt dəyişmək və siyahıda göstərilməyən səbəblərə görə komandaları diskvalifikasiya etmək hüququnu özümüzdə saxlayırıq.
  • 4: Bütün iştirakçılar matçlarının qeydə alınmasına, yayımlanmasına TikTok və YouTube kimi platformalarda paylaşılmasına razıdırlar.
  • 5: Bütün Liderlər rəsmi ROG E-SPORTS Discord və ya WhatsApp qrupuna qoşulmalıdır. Turnir başlayandan sonra otaqda nümayəndəsi olmayan komandalar diskvalifikasiya oluna bilər.
  • 6: Qaydaları bilməmək qayda pozuntusunu əsaslandırmır. Hər hansı qayda ilə bağlı sualınız varsa, bizimlə əlaqə saxlayın.


  • QEYDİYYAT: Call of Duty: Mobile turnirlərində iştirak etmək istəyən bütün komandalar SAYTDA qeydiyyatdan keçməlidirlər.
    Komanda siyahısında minimum 5 oyunçu olmalıdır və onların oyun daxili adları düzgün göstərilməlidir.
    Komanda siyahısı yalnız SAYTDA idarə olunmalıdır.
    Razılaşdırılmış vaxta gəlməyən komanda diskvalifikasiya riski daşıyır. Komanda 5 dəqiqədən gec lobbiyə qoşularsa, oyundan kənarlaşdırıla bilər.


  • MATÇ QAYDALARI:
  • 1: Cheat, hack və ya 3-cü tərəf tətbiqlərindən istifadə qəti qadağandır və dərhal diskvalifikasiyaya səbəb olur.
  • 2: Hər komandaya 1 snayper və yalnız həmin oyunçunun 2 silah alması icazəlidir.
  • 3: Hər komandaya yalnız 1 oyunçu LMG silah alması icazəlidir.
  • Silah qadağaları: Bütün Termitli və Partlayıcılı Silahlar tam QADAĞANDIR.!
  • Avadanlıq qadağaları: Yalnız sadə bomba, yapışqan bomba, sis (smoke), iynə və imha sistemi icazəlidir.!

  • ROGARENA.PRO